Tarixdə qeydə alınan ən isti gün 21 iyul 2024-cü ildə Yer kürəsində qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Avropa İqlim Dəyişikliyi Xidməti Kopernikinin tədqiqatçıları təqdim edib.
Mütəxəssislər 1940-cı ildən bəri müşahidələr aparırlar. Yeni rekord 2023-cü ilin iyul ayı göstəricilərini 0,1 dərəcə Selsi üstələyib - həmin gün dünyada havanın orta temperaturu 17,09 dərəcəyə çatmışdı.
Bundan əlavə, Yer kürəsində son 12 ay tarixdə ən isti ay olub. Tədqiqatçıların proqnozlarına görə, 2023-cü il rekordlar başlayandan bəri ən isti il adını artıq alıb və 2024-cü il bu rekordu qıra bilər.
2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,76 dərəcə Selsi, sənayedən əvvəlki dövrdən isə 1,64 dərəcə yüksək olmuşdur. Mütəxəssislər beləliklə, 12 ay ardıcıl olaraq temperaturun 1,5 dərəcəni keçdiyini vurğulayıblar.