“Qarabağ” bu gün ilk oyununa çıxır

10:28 - 23 İyul 2024 - İDMAN

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq. 

Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. 

Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi İştvan Vad (Macarıstan) olacaq. 

Komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Linkoln" - "Qarabağ"

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa Point Stadium”.

Xəbər xətti