10 yaşlı TikTok ulduzu reanimasiyaya yerləşdirilib

00:43 - 12 İyul 2024 - Xəbər

Kanadalı 10 yaşlı TikTok ulduzu Bella Tomson ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirilib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunur ki, sosial şəbəkələrdə Bella Brave kimi tanınan Tomson tibbi səbəblə komaya salınıb. 

“Həkimlər onun sağ qalıb-qalmadığını bilmədiklərini dedilər. Amma bilirəm ki, o, bunu edəcək”, – bloqqerin anası bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Tomsonun ağciyərlərindəki infeksiyaya görə bronxiolit obliterans inkişaf etdirə bilər. Anası bildirib ki, nə vaxtsa xəstəxanada olan qızının vəziyyəti daha da pisləşib və hətta deliryuma da başlayıb. Sonra həkimlər valideynlərə xəstənin gecəni yaşayıb-yaşamayacağını bilmədiklərini deyiblər.

Xəbər xətti