Bu yolda hərəkət tam məhdudlaşdırılacaq: İyulun 9-dan ...

17:15 - 8 İyul 2024 - AVTO

9 iyul saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Bu barədə Ucnoqta.az AAYDA-dan bildirilib. Məlumata görə, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Xəbər xətti