Noyer Buffonun rekordunu qırdı

00:05 - 24 İyun 2024 - İDMAN

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunları davam edir.

Ucnoqta.az xəbər verir ki, qrupda birinci yer uğrunda İsveçrə isə Almaniya ilə üz-üzə gəlir. Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatında keçirilən oyunların sayına görə qapıçılar arasında rekordçu olub.

İsveçrə ilə qarşılaşma alman qapıçının 18-ci oyunu olub. 38 yaşlı almaniyalı italiyalı Canluici Buffonun rekordunu qırıb.

Xəbər xətti