"Dünya ikinci Qəzzanı qaldıra bilməz" - BMT-nin baş katibindən XƏBƏRDARLIQ

10:49 - 23 İyun 2024 - DÜNYA

"Region və dünya xalqı Livanın başqa bir Qəzzaya çevrilməsinə imkan verə bilməz"

Ucnoqta.az xəbər verir ki, İsrail-Livan sərhədində gərginliyin artdığı bir vaxtda BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib.

Quterreş bölgədəki tək bir tələsik addımın və tək bir səhv hesablamanın xəyaldan daha çox fəlakətə səbəb ola biləcəyini deyib.

İsrail mediası Walla xəbər saytı təhlükəsizlik mənbələrinə əsaslanaraq Hizbullah lideri Həsən Nəsrullahın  İsrailin Livanın cənubuna gözlənilməz və böyük bir hücuma keçəcəyindən çox qorxduğunu və bu qorxuya görə İsrailə qarşı hücuma keçərək önləyici addım atmağı düşündüyünü iddia edib.

ABŞ-dan İsrailə təminat

Digər tərəfdən, Amerikanın CNN telekanalı Pentaqonun yüksək səviyyəli rəsmilərinə istinadən xəbər verib ki, ABŞ və İsrail rəsmiləri keçən həftə Vaşinqtonda görüşüb və Hizbullah ilə mümkün müharibə vəziyyətində ABŞ-ın İsraili dəstəkləyəcəyinə əmin ediblər.///cnnturk

Xəbər xətti