Cəlilabadda sürücü ilə yol polisi arasında İNSİDENT

14:27 - 20 İyun 2024 - AVTO

Cəlilabadda sürücü ilə yol polisi arasında münaqişə yaşanıb. 

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini Ş.Nuriyev “Great Wall” markalı avtomobili etibarnamə olmadan idarə etdiyi üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Bundan sonra ora gələn sürücünün qardaşı R.Nuriyev polisin qanuni tələblərini pozaraq mübahisə yaradıb və polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.  

R.Nuriyev saxlanılıb, araşdırma aparılır.

Xəbər xətti