İkiqat dünya çempionu öldü

14:16 - 20 İyun 2024 - DÜNYA

Qılıncoynatma üzrə SSRİ yığmasının tərkibində ikiqat dünya çempionu, qılıncoynadan Quram Kostava 87 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kostava ikiqat Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya çempionu və dəfələrlə dünya çempionatının mükafatçısıdır. 1961-ci ildə fərdi yarışlarda SSRİ çempionu olub və ölkə kubokunun qalibi olub. Kostava karyerasını başa vurduqdan sonra BƏƏ-də məşqçi kimi çalışıb.

Xəbər xətti