FİFA reytinqi açıqlandı: Azərbaycan 29-cu pillədə

11:30 - 20 İyun 2024 - İDMAN

FİFA yeniliyə imza atıb.

Ucnoqta.az xəbər verir ki, tarixdə ilk dəfə futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.

Kişi futzalçıların ilk siyahısında 139 yığma yer alıb. Azərbaycan 1139,38 xalla dünyada 29-cudur. Cədvələ 1568,41 xalla Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadın yığmaların siyahısında 69 milli yer alıb.///İdman.biz

Xəbər xətti