Ermənistan Təhlükəsizlik Şurasının katibi Makronun müşaviri ilə görüşüb

11:20 - 20 İyun 2024 - DÜNYA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqori Fransaya işgüzar səfəri çərçivəsində Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn ilə görüşüb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər Ermənistan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı, həmçinin ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə ediblər.
Həmçinin, Armen Qriqoryan regional təhlükəsizlik sahəsində vəziyyəti bölüşdüyü regional hadisələri də müzakirə edib.

Xəbər xətti