Tonqa sahillərində 6 bal gücündə zəlzələ baş verib

11:02 - 18 İyun 2024 - DÜNYA

Tonqa Krallığının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 95 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti