Qazaxıstanda terrorizmi təbliğ etməkdə şübhəli bilinən əcnəbilər saxlanılıb

08:37 - 29 May 2024 - DÜNYA

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terrorizmi təbliğ etməkdə şübhəli bilinən iki əcnəbi vətəndaşı saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 28-də MTN prokurorluğun koordinasiyası və polisin köməyi ilə Almatıda iki əcnəbi vətəndaşı terrorçuluğu təbliğ etməkdə şübhəli bilinərək saxlayıb. İstintaqın məlumatına görə, onlar əvvəllər uzun müddət xaricdə yaşayıblar, radikal dini ideologiyaya cəlb olunublar, bu il Qazaxıstana gəliblər, daimi işləri olmayıb.

Hüquq-mühafizə orqanları iş üzrə Qazaxıstan Cinayət Məcəlləsinin “Terrorçuluğun təbliği və ya terror aktının törədilməsinə açıq çağırışlar” maddəsi ilə ibtidai istintaq aparır.///tass

Xəbər xətti