Şəhid bacısı Avropa çempionatında bürünc medal qazandı - FOTO

14:43 - 27 May 2024 - İDMAN

Vətən müharibəsi şəhidi kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Ucnoqta.az xəbər verir ki, o, İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov və Arzuman Həsənov da bürünc medal qazanıblar. 

 




///qafqazinfo

Xəbər xətti