"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu

00:52 - 23 May 2024 - İDMAN

Avropa Liqasının finalında İtaliyanın "Atalanta" klubu Almaniyanın "Bayer" komandası ilə qarşılaşıb.

Ucnoqta.az xəbər verir ki, oyun Dublindəki “Aviva” stadionunda baş tutub. Rumıniyalı hakim İstvan Kovaçın idarəçiliyi ilə keçirilən qarşılaşma İtaliya klubunun 3:0 qələbəsi ilə yekunlaşıb. Qolları Ademola Lookman vurub (12, 26, 75-ci dəqiqə)

"Bayer" bütün turnirlərdə 51 matçlıq məğlubiyyətsiz seriyanı qırıb. Avropa Liqasının final oyunundan əvvəl Leverkuzen komandası sonuncu dəfə 2023-cü il mayın 27-də son ölkə çempionatının final oyununda səfərdə “Bohum”a uduzaraq (0:3) məğlub olub. Almaniya komandası 21-ci əsrdə Avropanın ən yaxşı 5 liqasının klubları arasında müxtəlif yarışlarda ən uzun məğlubiyyətsizlik seriyasına görə rekorda imza atıb.

Avropa Liqası
Final
22 may

23:00. “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) - 3:0 

Qollar: Lukman, 12, 26, 76

Xəbər xətti