Ronaldo Portuqaliyanın Avropa çempionatı üçün yekun heyətinə daxil edilib

16:32 - 21 May 2024 - İDMAN

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin qarşıdan gələn Avropa çempionatı üçün heyətinə daxil edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Forvard altıncı dəfə Avropa çempionatında iştirak edə və ona məxsus olan bu göstərici üzrə turnir rekordunu yeniləyə bilər. O, 2004-cü ildən Avropa çempionatında çıxış edir və 2016-cı ildə milli komanda ilə birlikdə yarışın qalibi olub.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. 

Xəbər xətti