“Qarabağ” iki futbolçusu ilə müqaviləni yenilədi

12:24 - 5 May 2024 - İDMAN

“Qarabağ” iki futbolçusu ilə müqaviləni yeniləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Belə ki, Ağdam klubu 20 yaşlı hücumçu Nəriman Axundzadə ilə daha 4 il müddətinə, 27 yaşlı müdafiəçi Bəhlul Mustafazadə ilə 3 il müddətinə müqavilə bağlayıb.

Qeyd edək ki, Nəriman Axundzadə 2022-ci ildən “Qarabağ”ın əsas komandasının üzvüdür. 

B.Mustafazadə 2021-ci ildən Ağdam təmsilçisində oynayır.

Xəbər xətti