Salah Kloppla dalaşdı - “Liverpul”da qalmaqal

19:00 - 27 Aprel 2024 - İDMAN

İngiltərə Premyer Liqasının 35-ci turunun “Vest Hem” – “Liverpul” oyunu zamanı qalmaqal yaranıb.

Ucnoqta.az xəbər verir ki, oyunun 82-ci dəqiqəsində Muhammed Salah meydana daxil olan zaman baş məşqçi Yurgen Kloppla mübahisə edib.

Misirli hücumçu baş məşqçiyə etiraz edərək üzərinə gedib. Bu zaman meydana daxil olmağa hazırlaşan Darvin Nunes onu sakitləşdirib.

Görüş 2:2 hesabı ilə başa çatıb. "Liverpul" yenə xal itirib, komanda son beş matçda yalnız bir qələbə qazanıb.

"Liverpul" Premyer Liqada 35 oyundan sonra 75 xalla üçüncüdür. Birinci yerdə “Arsenal” (77 xal, 34 matç) və ikinci yerdə “Mançester Siti” (76, 33) komandalarıdır.

Xəbər xətti