59 yaşlı kişi 3000 ildən çox həbs cəzasına məhkum edilib

14:39 - 27 Aprel 2024 - MARAQLI

Zimbabve vətəndaşı Cənubi Afrika Respublikasında məhkəmə tərəfindən 3376 il həbs cəzası alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Zimbabvenin “The Herald” qəzeti məlumat yayıb.

59 yaşlı Jeremiah Nyasha Musivaco Dube və onun bir neçə həmyerlisi Pretoriyadakı Gauteng Ali Məhkəməsində çirkli pulların yuyulmasından fırıldaqçılıq və saxtakarlığa qədər ümumilikdə 10 939 il həbs cəzası almış cinayətkarlardandır.

Reallıqda Dube 3376 illik həbsdən yalnız 65-ni çəkməlidir. Onun 59 yaşlı həmyerlisi Mavudzi Maksvell Ndlovu 3272 il hkm oxunub, onlardan yalnız 65-i məhkəmənin müəyyən yüngülləşdirici halları nəzərə alması səbəbindən faktikidir. Bir neçə digər Zimbabvelinin cəzası 100 ildən az olsa da, əslində 15 il çəkəcək.

Təqsirləndirilənlərdən bəziləri istintaqla əməkdaşlıq edərək cəzadan yayınıblar.

Mühakimə olunanların əksəriyyətinə qarşı maliyyə sənədlərini saxtalaşdırmaq ittihamı irəli sürülüb ki, bu da onlara ƏDV ödənişlərinin geri qaytarılmasını saxta yolla əldə etməyə imkan verib.

Xəbər xətti