Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

11:49 - 24 Aprel 2024 - Xəbər

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib.

Ucnoqta.az oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 manat ödəniş olunacağı söz verilir.

Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir, buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir.

Xəbər xətti