Abunəçilər "Azeronline"dən narazıdır - Texniki nasazlıq davam edir

19:50 - 23 Aprel 2024 - Xəbər

Azərbaycanın ən böyük internet provayderi olan "Azeronline BM"-nin texniki nasazlıq davam edir.

Ucnoqta.az xəbər verir ki, artıq 7 gündür Azeronline abunəçiləri internetdən istifadə edə bilmir. Bir çox informasiya portallarına (trend.az, milli.az, ucnoqta.az, pravda.az, yenisabah.az, unikal.org və s.) daxil olmaq mümkün deyil, internetin sürəti isə kəskin azalıb. Provayder bunu texniki nasazlıqla əlaqələndirir. 

Respublikanın əksər bölgələrində çox sayda abunəçiləri olan Azeronline-nin 7 gün ərzində texniki problemi həll etmək gücündə olmaması abonentləri narahat edir.

Xəbər xətti