Ələt-Astara yolunda qəza olub

19:09 - 19 Aprel 2024 - ÖLKƏ İÇİ

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın verdiyi xəbərə görə, qəza köhnə Ələt-Astara magistralında qeydə alınıb. İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti