Evin üzərinə düşən naməlum obyekt kosmik zibil olub - NASA

14:07 - 16 Aprel 2024 - DÜNYA

NASA mart ayında Florida ştatında bir evin üzərinə düşən naməlum obyektin üç ildir orbitdə olan kosmik zibil olduğunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, NASA-nın verdiyi açıqlamaya görə, 2021-ci ilin mart ayında köhnəlmiş batareyaları olan bir yük paleti ISS-dən atıldı. Onların atmosferdə tamamilə yanması gözlənilirdi.

Lakin bir şey səhv olub və 8 mart 2024-cü ildə Floridada 7 kq-dan çox çəkisi olan batareyaları quraşdırmaq üçün dəstək evin damına düşüb.

Xəbər xətti