İranın maraqlarına qarşı edilən ən kiçik addım dəhşətli cavabla qarşılaşacaq - İbrahim Rəisi

10:53 - 16 Aprel 2024 - DÜNYA

Təcavüzkarın cəzalandırılması məqsədi ilə əməliyyatı uğurla həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinin atəşə tutulmasına cavab olaraq İsrail ərazisinə bu yaxınlarda endirilən zərbə fonunda İslam respublikasının maraqlarına zidd olan istənilən hərəkətə “dəhşətli cavab” veriləcəyi ilə hədələyib.

“İndi biz qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı edilən ən kiçik addım belə, mütləq dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılaşacaq”, - o, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı zamanı deyib.

Xəbər xətti