İran ABŞ-a xəbərdarlıq etdi: Münaqişəyə müdaxilə edərsə, ...

20:03 - 12 Aprel 2024 - DÜNYA

İran bu həftənin əvvəlində bir sıra ərəb ölkələri vasitəsilə ABŞ administrasiyasına xəbərdarlıq edib ki, Vaşinqton İran-İsrail münaqişəsinə qarışarsa, regiondakı Amerika qoşunlarına hücum ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri son günlər İsraildən İrana qarşı hər hansı cavab tədbiri barədə əvvəlcədən məlumat verməsini və ABŞ-la məsləhətləşmələrini istəyib. Daha əvvəl CBS televiziyası mənbələrə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar aprelin 12-də İranın İsrail hərbi obyektlərinə “yüzdən çox pilotsuz təyyarə və onlarla raketlə” zərbə endirə biləcəyini gözləyir.

Xəbər xətti