İran İsrailə zərbə endirəcək? - Uçuşlar dayandırıldı, bu ölkə vətəndaşları ...

18:23 - 12 Aprel 2024 - DÜNYA

Hindistan, Byük Britaniya və Özbəkistan İsraildə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

Ucnoqta.az xəbər verir ki, bu, İranın Dəməşqdəki səfirliyini atəşə tutmasına cavab olaraq Tehranın yaxın vaxtlarda İsrailə hücum edə biləcəyi ilə bağlı mətbuatda məlumatın yayılmasından sonra səfirliyin Teleqram kanalında yerləşdirilən məlumatda bildirilib.

Səfirlik həmçinin vətəndaşlara ehtiyat və təhlükəsizlik tədbirlərinə riayət etmələrinin vacibliyini xatırladıb.

Britaniya və Fransa Xarici İşlər Nazirlikləri İsraildəki vətəndaşlarını olduqalrı yerdə qalmaları vacib olmadığı təqdirdə ölkəni dərhal tərk etməyə çağırıb.

Həmçinin, Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" Frankfurt-am-Mayndan İran paytaxtına və əks istiqamətdə uçuşların dayandırılmasını növbəti dəfə aprelin 18-dək uzadıb. Bu barədə daşıyıcının nümayəndəsi məlumat verib.

Hindistan Xarici İşlər Nazirliyi bu gün xəbərdarlıq edərək ölkə vətəndaşlarına İran və ya İsrailə səfər etməməyi tövsiyə edib.

Məlumata görə, Hindistan XİN hazırda İranda və İsraildə yaşayan bütün vətəndaşlarını maksimum diqqətli olmağa və səfərləri minimuma endirmək üçün adıçəkilən ölkələrdəki Hindistan səfirliyi ilə əlaqə saxlamağa çağırıb.

İsrailin müdafiə naziri Yoav Qalant isə tərəfdaşları ilə sıx əməkdaşlıq edərək quruda və havada özünü müdafiə etməyə hazır olduğunu bildirib.

Xəbər xətti