Daha bir elektrik avtobusu xəttə buraxılıb

18:24 - 29 Mart 2024 - Xəbər

Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılmışdır. Elektrik avtobusu “BakuBus”un istismarında olan 5 nömrəli marşrut xəttində hərəkət edir. Uzunluğu 24.4 km olan marşrut xətti 20 ci Sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.

Ucnoqta.az "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətə istinadən xəbər verir ki, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin ZhongTong Bus şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir.

"34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir", - deyə "BakuBus" MMC-nin məlumatında bildirilib.

Xəbər xətti