İsrailə məxsus PUA Livanda Hizbullahın avtomobilinə zərbə endirib

12:19 - 29 Mart 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda Hizbullah milislərinin döyüşçülərini daşıyan avtomobili vurub.

Ucnoqta.az xəbər verir ki, Al Jadeed telekanalının verdiyi məlumata görə, hadisə yerinə Livan Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşını gəlib.

Avtomobildə olanlar arasında ölən və yaralananlar var.

Hücum Tire şəhərindən 7 km aralıda yerləşən Əl-Buzuriya kəndi yaxınlığındakı magistral yolda həyata keçirilib.

Xəbər xətti