Hindistanda taksi dərəyə aşıb - 10 nəfər ölüb

10:35 - 29 Mart 2024 - HADİSƏ

Hindistanın şimalında dağlarda taksinin dərəyə düşməsi nəticəsində 10 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə qəzanın baş verdiyi Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin polisi məlumat verib.

Faciə Cammu-Srinagar avtomobil yolunun Ramban bölgəsində baş verib. İlkin məlumata görə, taksi sürücüsü pis hava şəraitində idarəetməni itirib. 

Xəbər xətti