Göyçayda yol qəzası olub, xəsarət alanlar var

09:30 - 29 Mart 2024 - ÖLKƏ İÇİ

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin H.Z.Tağıyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarında olan divara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///trend

Xəbər xətti