Simonyan Sahibə Qafarova ilə görüşdən DANIŞDI: "Qarşılıqılı inamsızlıq var ..."

22:57 - 28 Mart 2024 - SİYASƏT

Ermənistan və Azərbaycan parlament sədrlərinin növbəti görüşü mayın ortalarında baş tuta bilər

Ucnoqta.az xəbər verir ki, Ermənistan Respublikası Milli Assambleyasının spikeri Alen Simonyan Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova ilə görüşünün yekunlarına yekun vuraraq, etimadsızlıq mühitinin olduğunu açıqlayıb.

“Bizə güvənmirlər, hücuma keçəcəyimizi deyirlər. O, məni inandırmağa çalışdı ki, onlar heç bir təxribat hazırlamırlar, amma mən etiraz edərək “belə olan halda bu qədər silah niyə alınır?” dedim. O, məni bizim tərəfdən silah almaqda ittiham etdi. Kiçik mübahisə başladı, ondan sonra biz parlament səviyyarəsinə qayıtdıq”, - o, Ermənistan İctimai Televiziyasının efirində bildirib.

Spiker qeyd edib ki, parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib.

“Mən dedim ki, bu məsələləri komandamız, fraksiya ilə müzakirə edəcəyəm. O, həmçinin onlarla (məsələni) müzakirə etməyə hazır olduğunu bildirdi”.

Xəbər xətti