Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktı ilə bağlı “Ukrayna izini” təsdiqləyib

18:54 - 28 Mart 2024 - DÜNYA

Rusiya İstintaq Komitəsi “Crocus City Hall” konsert zalında törədilən terror aktında şübhəli bilinən şəxslərlə ukraynalı millətçilər arasında əlaqə olduğuna dair sübutlar əldə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

İstintaq Komitəsi bildirib ki, “Krokus”da törədilən terror aktı ilə bağlı aparılan istintaqın ilkin nəticələri terrorçuların hərəkətlərinin planlı xarakter daşıdığını, ehtiyatlı hazırlığını, habelə cinayətin təşkilatçılarının maddi dəstəyini tam təsdiq edir.

“Saxlanılan terrorçularla iş, onlardan götürülən texniki vasitələrin tədqiqi və maliyyə əməliyyatları haqqında məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi barədə sübutlar əldə edilib”, - deyə idarədən əlavə ediblər.

Xəbər xətti