İspaniyada bir nəfər balta ilə McDonalds-a hücum edib

13:16 - 28 Mart 2024 - DÜNYA

Barselona yaxınlığındakı Badalona ticarət mərkəzində bir kişi restoranın pəncərəsini balta ilə sındırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də şəhərin meri Xavier Qarsia Albiol bildirib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmin şəxs saxlanılıb.

Hadisə ilə əlaqədar ticarət mərkəzinə gələnlər müvəqqəti olaraq təxliyə edilib.

Xəbər xətti