Ekvador həbsxanasında məhbuslar üsyan edib

10:42 - 28 Mart 2024 - DÜNYA

Ekvadorlu məhbuslar ölkənin qərbindəki Quayas əyalətində yerləşən həbsxanada iğtişaşlar törədiblər.

Ucnoqta.az xəbər verir ki,Azadlıqdan Məhrum edilmiş Şəxslər və Yetkinlik yaşına çatmayan cinayətkarlar üçün Milli İnteqrasiya edilmiş Nəzarət Xidmətinin məlumatına görə, hakimiyyət orqanları vəziyyəti nəzarət altına ala bilib.

Bildirilir ki, martın 27-də Quayas şəhərinin 4 saylı kişi sosial reabilitasiya mərkəzində baş verən hadisələrlə əlaqədar silahlı qüvvələr Ekvador Milli Polisinin köməyi ilə vəziyyəti neytrallaşdırmaq üçün bütün təhlükəsizlik protokollarını işə salıb.

Ekvador prezidenti Daniel Noboa həbsxanaya nəzarətin bərpa olunduğunu bildirib və vəziyyətin həllinə görə hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Xəbər xətti