Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıb

10:30 - 28 Mart 2024 - HADİSƏ

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər xətti