Bakı Olimpiya Stadionunun qarşısında qəza sıxlıq yaradıb

09:44 - 28 Mart 2024 - HADİSƏ

Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ucnoqta.az-a DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

Xəbər xətti