Dubaya uçmağa hazırlaşan təyyarə avtomobillə toqquşdu - FOTO

20:50 - 27 Mart 2024 - DÜNYA

Domodedovo hava limanında içməli su daşıyan avtomobil Emirates aviaşirkətinin təyyarəsi ilə toqquşub və nəticədə təyyarənin alt hissəsi zədələnib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Təyyarə Dubaya uçmağa hazırlaşırdı, sərnişinlərdən heç biri xəsarət almayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti