Yasamal və Səbailin bir hissəsində su kəsilib

15:21 - 27 Mart 2024 - Xəbər

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Ucnoqta.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yaranmış məhdudiyyətlə əlaqədar, qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.

Xəbər xətti