Metronun “Nəsimi” stansiyasında yanğın - VİDEO

14:55 - 27 Mart 2024 - HADİSƏ

Bu gün Bakı Metropoliteninin Binəqədi rayonu Svetlana Məmmədova küçəsində yerləşən “Nəsimi” stansiyasında yanğın olması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, stansiyanın girişində yerləşən xidməti otaqda yanğın başlamasını əks etdirən görüntülər yayılıb.

Video ilə bağlı Bakı Metropolitenindən sorğumuza cavab olaraq bildirilib ki, "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.

Xəbər xətti