Prezident BDU-ya rektor təyin etdi - SƏRƏNCAM

14:29 - 27 Mart 2024 - Xəbər

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna əsasən, artıq Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir. Elçin Babayevin 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmiş və səlahiyyət müddəti artıq başa çatmışdı.

Xəbər xətti