Qubadlıda 73 minaatan mərmi aşkar edilib - FOTO

09:19 - 27 Mart 2024 - ÖLKƏ İÇİ

Qubadlı rayonunda sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti