DYP bu sürücünü mükafatlandırdı - FOTO

17:21 - 19 Mart 2024 - Cəmiyyət

Yol polisi Bakıda sükan arxasında huşunu itirən sürücüyə yardım edən digər sürücüyə təşəkkür edib.

Ucnoqta.az Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinə istinadən xəbər verir ki, Heydər Əliyev prospektində “KİA” markalı, 10-PT-454 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəhimov Faiq Şərif oğlunun sükan arxasında huşunu itirən xanım sürücüyə köməklik etməsini əks etdirən video sosial şəbəkədə yayımlanıb.

Bununla əlaqədar sürücü F.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və ona təşəkkür edilib.

Eyni zamanda F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilib.

Xəbər xətti