Gəncədə iki nəfər bıçaqlanıb

19:27 - 18 Mart 2024 - ÖLKƏ İÇİ

Gəncədə iki nəfər bıçaq xəsarəti alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü S.Məsimov ayağından, 1995-ci il təvəllüdlü E.Əsgərov isə qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar dava zamanı bıçaq xəsarəti alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti