İsrail 40 girovun azad edilməsi müqabilində atəşkəs təklif edəcək

14:55 - 18 Mart 2024 - DÜNYA

İsrail Qətərdəki radikal Fələstinin HƏMAS hərəkatı ilə danışıqlarda Qəzza zolağında altı həftəlik atəşkəsə nail olmaq niyyətindədir, bu razılaşma çərçivəsində fələstinli yaraqlılar 40 girovu azad etməli olacaqlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən israilli rəsmiyə istinadən Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barneanın başçılıq etdiyi yəhudi dövlətinin nümayəndə heyəti martın 18-də Qətərə yola düşəcək.

Xəbər xətti