Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb

12:38 - 18 Mart 2024 - HADİSƏ

Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.///report

Xəbər xətti