Yaponiya Aya iki astronavt göndərəcək

11:31 - 18 Mart 2024 - DÜNYA

Yaponiya Amerikanın Artemida proqramı çərçivəsində Aya iki astronavt göndərməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Yapon astronavtları 2028-ci ildə və ya daha sonra Ayda olmalıdırlar. Yerin təbii peykinin səthində onlar hazırda "Toyota Motor" Korporasiyasının rəhbərliyi altında hazırlanmaqda olan Luna Cruiser roverinə nəzarət edəcəklər.

Qəzetin yazdığına görə, yapon astronavtlarının Aya göndərilməsi ilə bağlı razılıq aprelin 10-da Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ-a səfəri zamanı əldə olunacaq.

Xəbər xətti