Gimnastlarımızdan Niderlandda uğurlu nəticə: İki qızıl ...

11:00 - 18 Mart 2024 - İDMAN

Azərbaycanın daha 4 batutçusu Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində medal qazanıb.

Ucnoqta.az xəbər verir ki, fərdi proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova və Ömər Qasımlı qızıl, Ammar Baxşaliyev və Samirə Hüseynova gümüş mükafata sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl eyni turnirdə sinxron proqramda Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl, Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal əldə ediblər.

Xəbər xətti