Almaniyada əsgər 4 nəfəri güllələyib

12:59 - 1 Mart 2024 - DÜNYA

Almaniyanın Şessel (Aşağı Saksoniya) kəndində atışma nəticəsində 4 nəfər həlak olub.

Ucnoqta.az “Bild”ə istinadən xəbər verir ki, şübhəli şəxs hərbi qulluqçudur.

İlkin məlumatlara görə, cinayət gecə fərdi yaşayış evində törədilib. Səbəb kimi mümkün ailə münaqişəsi göstərilir. 

Hazırda şübhəli şəxs saxlanılıb. Axtarışlar Rotenburq şəhəri yaxınlığındakı hərbi hissədə aparılır.

Xəbər xətti