İranda Ekspertlər Şurasına və Məclisə seçkilər üçün səsvermə başlayıb

08:35 - 1 Mart 2024 - DÜNYA

Yerli vaxtla saat 08:00-da İranın bütün əyalətlərində Ekspertlər Şurasına və Məclisinə (birpalatalı parlament) seçkilərdə səsvermə üçün məntəqələr açılıb.

Ucnoqta.az xəbər verir ki, İran Seçki Qərargahının məlumatına görə, səsvermə yerli vaxtla saat 18:00-a qədər davam edəcək. Qərargahın sözçüsü Möhsün İslami bildirib ki, lazım gələrsə, səsvermə uzadılacaq. 

İranda Ekspertlər Şurasına seçkilər hər 8 ildən bir keçirilir.

Xəbər xətti