Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

16:46 - 29 Fevral 2024 - Xəbər

Bakı metrosunda gediş haqlarının artırılması barədə müzakirələr aparılmır.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

O, həmçinin bu il Bakıya yeni vaqonların gətiriləcəyini deyib.

"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir. Qatarlar əsasən Rusiyadan sifariş edilir. Ona görə də sanksiyalar səbəbindən vaqonların hədəf sayda çatdırılmasında gecikmələr ola bilər", - Hidayət Məmmədov əlavə edib.

Xəbər xətti