İspaniya 201 mindən çox ukraynalı qaçqını qəbul edib

11:30 - 23 Fevral 2024 - DÜNYA

İspaniya iki il əvvəl münaqişə başlayandan bəri 201 mindən çox ukraynalı qaçqını qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, Pireney krallığı bununla da Avropa İttifaqında 2022-ci ilin fevralından bəri ən çox ukraynalı qəbul edən beşinci ölkə olur.

Həmçinin qeyd olunur ki, hazırda İspaniyaya gələn 20,5 minə yaxın qaçqın iş tapa bilib, 29,5 min uşaq isə yerli məktəblərə yerləşdirilib.

Xəbər xətti